Premyer Liqamızdakı fasilə yenə uzadılır

Oxunma vaxtı:42 Saniyə

Koronvirus pandemiyasına görə Azərbaycan Premyer Liqasında aprelin 14-nə kimi elan olunan məcburi fasilə, böyük ehtimalla uzadılacaq.

Qol.az xəbər verir ki, həm Avropa, həm də Azəbaycanda koronavirusla mübarizə çərçivəsində aparılan işlərin gedişatı göstərir ki, aprelin ortalarında çempionatı bərpa etmək mümkün olmayacaq.

Qeyd edək ki, artıq Avropanın bir çox liqası oyunların ən yaxşı halda mayın əvvəlində davam etdiriləcəyini açıqlayıb.

Hazırda Azərbaycanda da pandemiya ilə ciddi mübarizə tədbirləri görülür. Bununla əlaqədar hətta dünən Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Bu, bir daha göstərir ki, növbəti ayın sonuna kimi kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi ehtimalı çox azdır. Ona görə də yarışların ən yaxşı halda mayın əvvəlində davam etdiriləcəyini gözləmək olar.

Qeyd edək ki, daha əvvəl Peşəkar Futbol Liqası Premyer Liqamızda 4 turun matçını təxirə salıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Dözülməz haldır” – Rüfət Dadaşov

ABŞ-ın “Finiks Rayqinz” klubunun futbolçusu Rüfət Dadaşov koronavirusla bağlı elan olunan karantin dövründə keçirdiyi günlərdən danışb. Qol.az xəbər verir ki, millimizin oyunçusu Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib ki, indi futboldan söhbət gedə bilməz: “Almaniyada olduğu kimi, burda da oyun və məşqlər yoxdur. Formada qalmaq üçün evdə təkbaşına məşq edirəm. Bu, […]