Masallı sakinlərinin nəzərinə!

Oxunma vaxtı:46 Saniyə

Ölkədə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubuna əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınmış, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılmışdır.


Doğrusöztv.Az a verilən məlumata görə, vətəndaşların qəbulu ilə əlaqədar Masallı rayon İcra Hakimiyyətində fasiləsiz fəaliyyət göstərən qaynar xətt telefon nömrəsi, e-mail və məsul əməkdaş müəyyən edilmişdir.
Müraciətlərinizi poçt vasitəsilə və ya göstərilən qaydada təqdim edə bilərsiniz. Müraciətləriniz araşdırılaraq mövcud qaydalara uyğun sizə cavab veriləcəkdir.


Telefon:   21-5-23-72 – qaynar xətt
e-mail:  mail@masalli-ih.gov.az
Məsul şəxs: Əzizov İlkin Ədalət  oğlu
Telefon:          21-5-38-32
                            21-5-11-18
Fax:              21-5-62-60
   
        Mobil:          055-211-78-68


Bir daha vətəndaşlara son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri xahiş olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qusarda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.  Doğrusöztv.Az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə,  itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.  Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın […]