Nazirlər Kabineti Prezidentin sərəncamına görə TƏCİLİ toplandı

Oxunma vaxtı:42 Saniyə

Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamdan irəli gələn tapşırıqların icrasına həsr olunən ilk iclası keçirilib.

Doğrusöztv.Az bildirir ki , bu barədə Nazirlər Kabinetindən Modern.az-a verilən məlumatda bildirilib.

Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin və iqtisadi artımın dəstəklənməsi, ölkə iqtisadiyyatının xarici təsirlərə davamlılığının gücləndirilməsi, görüləcək tədbirlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən olunması haqda məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

İşçi qruplara tapşırılıb ki, vahid tədbirlər planının hazırlanması üçün təkliflərini təqdim etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azay Quliyev də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək

“Prezident tərəfindən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması epidemiyanın qarşısının alınması və bu mübarizənin önündə gedənlərə hərtərəfli dəstəyin verilməsi üçün mühüm addımdır”. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib. “Mən də bu ümummili işə töhvə vermək məqsədilə […]