“Koronavirusun Azərbaycanda yayılması buxovlanıb” – AMEA

Oxunma vaxtı:43 Saniyə

“Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur”.

Doğrusöztv.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova bildirib.

O qeyd edib ki, koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır:

“Azərbaycanda ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən hakimiyyət strukturlarını, cəmiyyəti və resursları toparlamaqla vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində dünyanı cənginə almış yeni koronavirusun ölkədə yayılması buxovlanmış, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülmüş, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilmişdir. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənmiş və xalqın sağlamlığının keşiyinə səfərbər edilmişdir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlər Kabineti Prezidentin sərəncamına görə TƏCİLİ toplandı

Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamdan irəli […]