Nazirlər Kabinetinin qərarından sonra bu şəxslər işdən evə buraxılır

Oxunma vaxtı:43 Saniyə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də tibbi-profilaktik, dezinfeksiyaedici işlər və digər qabaqlayıcı tədbirlər görülür, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə məlumatlar verilir, lazımi profilaktik tədbirlər həyata keçirilir.

Doğrusöztv.Az bildirir ki, Komitədən Sfera.az-a verilən məlumata əsasən, Baş Nazir Əli Əsədov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda qeyd olunan tapşırıqları əsas götürərək Komitənin 60 yaşdan yuxarı olan işçiləri, azyaşlı övladı olan əməkdaşlarının məsafəli şəkildə fəaliyyəti təmin edilib.

Bundan əlavə vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbulu, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əməkdaşların hazırlanmış siyahı üzrə növbəli iş rejimində çalışması üçün lazımi tədbirlər görülüb.

Vətəndaşlardan təcili müraciətlər zamanı (012) 493-58-72 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Koronavirusun Azərbaycanda yayılması buxovlanıb" - AMEA

“Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur”. Doğrusöztv.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova bildirib. O qeyd edib ki, koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır: “Azərbaycanda ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü […]