“Postlarda yeni şəxsiyyət vəsiqələrinin oxunması üçün texniki vasitələrdən istifadə olunacaq”.
Doğrusöztv.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bakıya giriş-çıxışın qadağan olunması ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirərkən deyib. Vaqif Əsədovun sözlərinə görə, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib: Vaqif Əsədov hər kəsi bu tövsiyyəyə əməl etməyə səsləyib: “Biz istəyirik ki, bunu insanlar narazılıqla qarşılamasınlar. Mövcud vəziyyəti təhlil etməyə bizə yardımçı olsunlar. İnşallah, aprelin 1-dən sonra qapılarımız açıq olacaq, kim istəyir onda gələr”.