Özbəkistanın Baş Naziri koronavirusun yayılmasının qarşısının alınması tədbirləri ilə bağlı brifinq keçirib

Oxunma vaxtı:39 Saniyə

Özbəkistanın Baş Naziri Abdulla Aripov koronavirusun ölkədə yayılmasının qarşısının alınması tədbirləri ilə bağlı brifinq keçirib.

Abdulla Aripov deyib ki, koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə ölkədə Novruz şənliklərinin, idman yarışlarının, mədəniyyət və digər kütləvi tədbirlərin keçirilməsi dayandırılıb.

O deyib ki, martın 16-dan 3 həftə müddətinə Özbəkistanın bütün ali və orta məktəblərində dərslər dayandırılır, dövlət və özəl uşaq bağçalarında karantin tətbiq edilir. Qonşu dövlətlərdə – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Əfqanıstanda da Novruz şənliklərinin keçirilməsinə qadağa qoyulub.

Dövlət və özəl müəssisələrdə iclasların keçirilməsi də dayandırılır. Lazım gəldikdə yığıncaqların məsafəli rejimdə keçirilməsi məsləhət görülüb. Deyilib ki, ictimai nəqliyyatda, şəhərlərarası qatarlarda 4 saatdan bir dezinfeksiya işləri həyata keçirilməlidir.

Baş Nazir vurğulayıb ki, Fransadan gələn bir Özbəkistan vətəndaşında koronavirus aşkar edildikdən sonra bu istiqamətdə ölkədə radikal addımlar atılmağa başlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Təhsil naziri Ağdam və Füzuli rayon sakinlərini qəbul edib

Təhsil naziri Ceyhun Bayramov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ağdam və Füzuli rayon sakinlərini qəbul edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi […]