Oxunma vaxtı:24 Saniyə
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli dəyişib.
Unikal.org-un məlumatına görə, artıq bir sıra qurumların nazir və müavinləri məsələ ilə bağlı açıqlama yayıb.
Qeyri müəyyən vaxta qədər dövlət qurumlarının rəhbər və vəzifəli şəxslərinin vətəndaşlarla görüşü təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus təhlükəsi səbəbiylə Azərbaycanda martın 14-dən bir ay müddətində kütləvi tədbirlər təxirə salınıb.