Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən

Oxunma vaxtı:49 Saniyə

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 2020-ci il  14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində  kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulmuşdur. 

Qeyd edilməlidir ki, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərmişlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılmış, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara  əməl olunmasının vacibliyi izah edilmişdir. 
  Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ağcabədi rayon prokurorluğunun M Ə L U M A T I

Fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən […]