Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək – RƏSMİ

Oxunma vaxtı:29 Saniyə

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Dogrusöztv.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənilər Sorosun Qarabağ məsələsində Türkiyənin yanında olacağından qorxuya düşdü...

“Allaha və öz gücümüzə güvənək ki, heç belə dələduzlara möhtac olmayaq…” “Əgər vəzifə Rusiyanın regiondakı  təsirini zəiflətməkdirsə, onda Soros kimiləri Türkiyə də daxil olmaqla hər kəsə dəstək verməyə və  hər kəsi, o cümlədən Ermənistan və Qarabağı qurban verməyə hazırdırlar…” Moderator.az xəbər verir ki, işğalçı ölkə  mediasının  yaydığı məlumata görə,  bu cür fikirlərlə […]