Prezident İlham Əliyev “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Doğrusöztv.az xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısı belədir: Sıra№-si Ərazi vahidləri Abşeron rayonu 1. Qobu qəsəbəsində yeni massiv Xızı rayonu 1. Qızılqazma kəndində yeni massiv2. Yarımca kəndində yeni massiv Siyəzən rayonu 1. Qalaaltı kəndi2. Məşrif kəndi Şabran rayonu 1. Ceyranlı kəndi2. Əmirxanlı kəndi3. Qazbabalı kəndi4. Vələsli kəndi