“Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Buna görə də ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının hələ 2018-ci ilin prezident seçkiləri ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirildi. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir”. Bu fikirləri YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov deyib.
Onun sözlərinə görə ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Ölkə başçısının uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir.
Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. Ölkədə keçirilən istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdi.
Elmar Məmmədov bildirib ki, VI çağırış Milli Məclisin ilk iclasında ölkə Başçısının bir saata yaxın proqram xarakterli çıxışı bir sıra tövsiyələrlə yadda qaldı. Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha öz çıxışında vurğuladı. Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Buna görə də parlamentin təsdiq olunmuş yeni tərkibinə hər zaman xalqa yaxın olmağı, vətəndaşla ünsiyyətdə olmağı, onların problemləri ilə maraqlanmağı tövsiyə etdi.
Təbii ki, yerində və vaxtında deyilən söz, əlbəttə, daha kəsərli, daha təsirli olur. Buna görə də biz gənclər inanırıq ki, ölkə Başçısının xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclisin deputatları bundan sonrakı fəaliyyətlərini Prezident İlham Əliyevin proqram xarakterli tövsiyə və tapşırıqlarına uyğun quracaqlar.