Polis mayoruna yeni vəzifə verildi

Oxunma vaxtı:21 Saniyə

Daxili işlər orqanlarında (DİN) yeni kadr təyinatı olub.
Doğrusöztv.Az
“Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Toğrul Həsənağa oğlu Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Hüseynov bu təyinata qədər Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışırdı.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Neftçalanın yeni icra başçısından maraqlı addım

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Neftçala rayonunun ən yaşlı xanımı olan 123 yaşlı Sona Səmədovanı ziyarət edib.