
Oxunma vaxtı:18 Saniyə

“20 Yanvar” Metrostansiyasının çıxışlarından biri köçürülür
Metronun 20 Yanvar stansiyasının çıxışlarından birinin yeri dəyişdirilir.
Bunu REAL-a müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi.
Onun sözlərinə görə, 20 Yanvar Dairəsində avtomobillərin hərəkətində də dəyişiklik ediləcək.
Agentlik rəhbəri Bakı-Sumqayıt yolunda həyata keçirilən yenidənqurma işlərinin hazırkı vəziyyətini də açıqladı.