Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər

Oxunma vaxtı:53 Saniyə

Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər.

APA Bloomberg agentliyinə istinadən bildirir ki, bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb.

Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər. Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə virusun ölkə iqtisadiyyatında yaratdığı fəsadlarla mübarizə apara bilsə, dünya iqtisadiyyatına dəyən zərər əhəmiyyətsiz olacaq.

Lakin onlar bunun öhdəsindən gələ bilməsə və Cənubi Koreya, Yaponiya, Almaniya, İtaliya, Fransada xəstəlik daha çox yayılarsa zərər böyük olacaq, 2020-ci ildə qlobal iqtisadiyyat cəmi 2.3 faiz artacaq. Hansı ki, virusun yayılmasından əvvəl iqtisadi artımın 3,1 faiz olacağı proqnozlaşdırılmışdı.

Növbəti ssenari, martın əvvəlinə qədər yoluxma hallarının geniş miqyasda yayılması ilə bağlıdır. Bu halda isə dünya iqtisadiyyatına böyük zərər dəyəcək, çünki infeksiyanın yayılması ilə mübarizə aparılacaq. Ekspertlərin fikrincə, qlobal iqtisadi artım 1,2 faizə çatacaq, Avrozona və Yaponiya tənəzzüllə üzləşəcək və ABŞ-da işsizlik səviyyəsi artacaq. Beləliklə, bu səbəbdən dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarını itirəcək və bu ssenari ABŞ-da prezident seçkilərinin nəticələrinə də təsir göstərəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Boks üzrə Azərbaycan milli komandalarının lisenziya turniri üçün heyəti müəyyənləşib

DOĞRUSÖZTV.AZ – BAKI Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşib.  Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.  Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin […]