Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI

Oxunma vaxtı:29 Saniyə

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

loading…

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Beynəlxalq Qadınlar Günü Azərbaycan Ordusunda qeyd edilib - VİDEO

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu, həmçinin mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.Müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi […]