Oxunma vaxtı:27 Saniyə
Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin yekunlarını təsdiqləməsi ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova işdən çıxıb.
Doğrusöztv.Az xəbər verir ki, bu barədə APA-ya Suraxanı İcra Hakimiyyətindən məlumat verilib.
Sabunçu rayon İcra Hakimiyyətindən də bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliəbbas Salahzadə dünən işdən çıxmaq barədə ərizə verib və bu gündən işə çıxmır.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə A. Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə. Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.