Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Oxunma vaxtı:43 Saniyə

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.     

Nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.    

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Artıq 3100 təhsil müəssisəsi dezinfeksiya olunub.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

 4,616 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bandotdeldə yeni TƏYİNAT

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin edilib. Doğrusöztv.az bildirir ki,”Yenisabah.az”ın məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimov vəzifəsindən azad olunaraq Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində yeni yaradılan Təhqiqat Şöbəsinə rəis edilib. […]