YPX avtomobili polisi vuraraq öldürüb – RƏSMİ

Oxunma vaxtı:36 Saniyə

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.

Doğrusöztv.Az Unikal.org- a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir:
“Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın Bolqarıstandakı Səfirliyi “Bir günlük Səfir” adlı beynəlxalq təşəbbüsə qoşulub - FOTO

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Böyük Britaniyanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə iştirak edib. Doğrusöztv.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildən irəli sürülən təşəbbüs Bolqarıstanda 14-18 yaşarası gənc qızların bir günlük səfir olmalarına şərait yaratmaqla diplomatiyaya […]