Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2020-ci il.
Ərazi vahidləri |
Ərazi vahidləri Gəncə şəhəri 1.Gəncə şəhərində 2 Yeni massiv Daşkəsən rayonu 1. Aşağı Daşkəsən kəndi 2. Kəmərqaya kəndi Göygöl rayonu 1. Toğanalı kəndi Samux rayonu 1. Sərkar kəndində yeni massiv |