Ağdam və Füzuli rayon sakinlərinin nəzərinə!

Oxunma vaxtı:37 Saniyə

Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov 13 mart 2020-ci il tarixində saat 10:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam və Füzuli rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 2-6 mart (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İnam Kərimov: Ölkədə aqrar sektorun inkişafında müasir innovasiyaların tətbiqi vacibdir

Müasir texnologiyaların bütün sahələrdə tətbiqi dövlətimizin siyasətinin önündə durur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov “AgroHackathon-2020” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib. Onun sözlərinə görə, ölkədə aqrar sektorun inkişafında müasir innovasiyaların tətbiqi də vacibdir: “Ölkədə aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Ötən il bu sahədə artım 7,1 […]