Xətainin heykəlinin yeri niyə dəyişdirildi? – RƏSMİ

Oxunma vaxtı:44 Saniyə

Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsinin səbibi açıqlanıb.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Doğrusöztv.Az-a verilən məlumata görə, Ş.İ.Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.
Buna görə də heykəl ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

loading…

“Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək. Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq. Heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə  peşəkar şirkət tərəfindən həyata keçirilib”, – deyə açıqlamada qeyd olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb - VİDEO

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.