Xətainin heykəlinin köçürülməsi ilə bağlı AÇIQLAMA (FOTO)

Oxunma vaxtı:38 Saniyə

Bakıda Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.

Doğrusöztv.Az bildirir ki, bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

Qeyd olunub ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəklər salınıb: “Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək.

Digər tərəfdən Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsindən 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da həmin ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.

Xətainin heykəlinin köçürülməsi ilə bağlı AÇIQLAMA (FOTO) - Gallery Image

Xətainin heykəlinin köçürülməsi ilə bağlı AÇIQLAMA (FOTO) - Gallery Thumbnail

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycana idxal olunan bəzi məhsullar gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs […]