Azərbaycana idxal olunan bəzi məhsullar gömrük rüsumundan azad edildi

Oxunma vaxtı:26 Saniyə

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı genişləndirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu gündən Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılır

Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, bu gündən – martın 1-dən qüvvəyə minən dəyişikliklərə görə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini […]