KARANTİN TƏDBİRLƏRİ – Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın Məlumatı

KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GENİŞ YAYILMASININ QARŞISININ ALINMASINA DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDAKoronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.Fərdi evlərdən və mənzillərdən insanların çıxışı […]

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini […]

Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı rayon İcra hakimiyyəti başçısının Əmri

Masallı şəhəri və rayonun  digər yaşayış məntəqələrinin ərazilərində xüsusi karantin rejimi dövrü bitənədək koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə             Koronavirus infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir. Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı […]

Vətəndaşlara maliyyə yardımı hansı əsaslarla veriləcək? – Mikayıl Cabbarovdan AÇIQLAMA

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”. Dogrusoztv.Az bildirir ki, Unikal.org xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, […]

Dövlət sahibkarlara, krediti olanlara və aztəminatlılara dəstək göstərəcək – RƏSMİ AÇIQLAMA

Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. Unikal.org xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil […]

Hərbi qulluqçular nə vaxt ehtiyata buraxılacaq? – MN-dən AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir. Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət […]

Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı

Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz seçkiləri keçirməsini boykot etməyə çağırıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan seçkilər, Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni […]

Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər. Fakti Trend-ə Daxili Qoşunların Mətbuat Xidmətindən təsdiqləyiblər. Qeyd olunur ki, Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma […]

DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir (FOTOVİDEO)

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər. Daxili İşlər Nazirliyinin (DİN) […]

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi […]