Nazir: “Cənub Qaz Dəhlizi” sayəsində Gürcüstanın tranzit funksiyası beynəlxalq əhəmiyyət qazanır

Oxunma vaxtı:1 Dəqiqə, 27 Saniyə

Gürcüstan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasından böyük səmərə əldə edəcək.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VI toplantısında deyib.

Nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğuru bir daha dövlətlərin beynəlxalq layihələrin reallaşdırılmasında birgə səylərinin rolunu vurğulayır:

“Ötən il TANAP layihəsinin işə salınması vacib hadisə oldu. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasınadək Gürcüstanın tranzit funksiyası yalnız regional səviyyədə idi, indi isə biz bu sahədə beynəlxalq iştirakçı qismində təmsil olunuruq. Mən şadam ki, ölkəmin bu kontekstdə öz rolunu nümayiş etdirmək üçün daha bir imkanı var”.

Qeyd edək ki, fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasa 13 ölkədən rəsmilər qatılıb.

2019-cu il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ÜST: Koronavirusla bağlı risklər çox yüksəkdir

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyi 2019 (COVID-19) ilə bağlı qlobal səviyyədə mövcud risk qiymətləndirməsini hələ də çox yüksək dəyərləndirir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ÜST xəstəliyin yayılmağa başlanıldığı Çində də riskləri çox yüksək qiymətləndirir. Qeyd edək ki, Çində yeni koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib, 39 mindən çox insan […]