Prokurorluq Şəkidə ölən şəxslə bağlı məlumat yaydı

Oxunma vaxtı:32 Saniyə

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Doğrusöztv.Az bildirir ki. Şəki Rayon Prokurorluğundan Unikal.org-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, yanvarın 25-də saat 2 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Y.Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir Muxtar Babayev və müavinləri vətəndaşlarla görüşdü

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 28 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İmişli şəhərində yerləşən Heydər  Əliyev  Mərkəzində İmişli, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, həmin […]