Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

Oxunma vaxtı:42 Saniyə

Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.

Doğrusöztv.Az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir. 

loading…

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyənin acı günündə ilk başsağlığını Azərbaycan verdi.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib. Doğrusöztv.Az -ın  xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib. “İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”, – deyə qeyd olunub. Xatırladaq ki, İdlibdə […]