MASALLIDA XOCALI SOYQIRIMININ 28-Cİ İLDÖNÜMÜ ANILDI

Oxunma vaxtı:32 Saniyə

Masallı Rayon İcra Hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.

      26 fevral 2020-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
      Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, tələbələr, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə tər gül dəstələri düzərək onların xatirəsini ehtitarmla yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında — FOTO

Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub. Doğrusöztv.Az “Ölkə.Az” – a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.