İlk dərslər Xocalı soyqırımına həsr edilib

Oxunma vaxtı:30 Saniyə

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissləri aşılanıb.

Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib, sənədli və bədii filmlərin nümayişi təşkil edilib.

Qeyd edək ki, təhsil müəssisələrinin müəllim və şagird kollektivinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezideninin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin Trend-ə müsahibəsi – Məhərrəm müəllim, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və cənab Prezident İlham Əliyevlə müxtəlif istiqamətlərdə müzakirələr inkişafın növbəti strategiyasını müəyyənləşdirdi. Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi-strateji əməkdaşlıq və bu […]