Baş nazirdən mühüm – SƏRƏNCAM

Oxunma vaxtı:50 Saniyə

Baş Nazir Əli Əsədov “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanının icrasını təmin etmək üçün sərəncam imzalayıb.
“Kommersant.az” xəbər verir ki, sərəncamla iki nazirliyə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər orqanlar 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanı ilə təsdiq edilmiş “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokol”un müddəalarının bu Protokol qüvvəyə mindikdən sonra həyata keçirilməsi üçün aidiyyəti üzrə tədbirlər görməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Doğrusöztv.Az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis kapitanı Rüstəm Alıyev DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Rayon Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl rayonun Narkotiklərlə Mübarizə Bölməsinin rəisi […]