Nazirlik təhsil şöbələrinə koronavirusla bağlı TAPŞIRIQ VERDİ

Oxunma vaxtı:48 Saniyə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib.

Nazirliyin tapşırığında deyilir:

“Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumu təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi sizə tapşırılır.

– Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,

– Ümumi təhsil müəssisələrində şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,

– Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,

– Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması”.

Sənədi Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib.O bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək […]