Xocalı soyqırımının ildönümü ilə əlaqədar İstanbulda fotosərgi təşkil edilib

Oxunma vaxtı:45 Saniyə

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, fevralın 24-dən 26-dək davam edəcək sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşdırılıb. Burada Xocalı qətliamının dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.

Sərgi barədə məlumat verən ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev tədbirin keçirilməsində əsas məqsədin bu qanlı hadisəni dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.

M.Hacıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar konsulluğun təşkilatçılığı ilə İstanbulda keçiriləcək tədbirlər barəsində də məlumat verib. Diqqətə çatdırıb ki, fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində həmin günün dəhşətlərini əks etdirən videoçarx nümayiş etdiriləcək, afişalar yerləşdiriləcək. Baş konsul soyqırımı qurbanlarının xatirəsinin digər tədbirlərlə də yad ediləcəyini bildirib.

Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi “Yenikapı” sərnişinlərin ən çox istifadə etdiyi metro stansiyasıdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev gömrüklə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət […]