İlham Əliyev gömrüklə bağlı FƏRMAN İMZALADI

Oxunma vaxtı:42 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilsin:

“3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Koronavirus İrandan Azərbaycana gələn turistlərin sayına təsir göstərəcəkmi? - RƏSMİ

İrandan gələn turistlər digər ölkələrdən gələnlərdən bir az fərqlənirlər. Fərq ondadır ki, İranda beynəlxalq ödəniş sistemləri işləmir. Onlar daha çox nağd pulla ödəniş edirlər. Yəni onlarda ilkin sifariş məsələsi bir az çətindir. Ona görə Novruz bayramında İrandan Azərbaycana gəlmək üçün nə qədər yer sifariş edilməsinə dair dəqiq rəqəm yoxdur”.  Bunu Dövlət […]