Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

Oxunma vaxtı:29 Saniyə

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Qeyd olunub ki, iki qardaş ölkə bu sahədə əməkdaşlığı gücləndirməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi də aparacaqlar:

“Süni intellekt, bulud texnologiyası, robot texnologiyası və nanotexnologiyalar sahəsində əməkdaşlıq daha da gücləndiriləcək”.

Mənbə onu da əlavə edib ki, tərəflər, o cümlədən startapların dəstəklənməsi sahəsində bilik və təcrübə mübadiləsi aparacaq:

“Əməkdaşlıq bu il və qarşıdakı 2021-ci illər ərzində nəzərdə tutulur”.

Qeyd olunub ki, Türkiyə rabitə sahəsi üzrə müstəqil tənzimləyici qurumun yaradılması ilə əlaqədar Azərbaycanla öz təcrübəsini də paylaşa bilər.

 1,688 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

A.T.Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 fevral 2020-ci il.  1,689 total views