Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: “office.shirvan@regulator.gov.az”, “shirvan@regulator.gov.az”) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar nazirliyin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.