SON DƏQİQƏ: Türkiyədə dəhşətli zəlzələ – Çox sayda ölü və yaralı var
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb.
Doğrusöztv.Az Oxu24.com -a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Koca birgə açıqlama veriblər.
Bildirilib ki, Vanda 3-ü uşaq olmaqla 8 nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti olduqca ağırdır.
Hazırda axtarış xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanlar var. Hadisə baş verdiyi bölgədə 700 nəfərin yaşadığı bildirilir.
****
13:25
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində – Xoy şəhəri yaxınlığında baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntılara və tələfata səbəb olub.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirilib ki, sərhədyanı bölgədə yerləşən Türkiyənin Van və Hakkari vilayətlərində köhnə evlər yeraltı titrəyişlər nəticəsində dağılıb. İlkin məlumata görə, Vanda 7 nəfər zəlzələdən sonra dağılan evlərin altında qalaraq ölüb.
Təlafatın artacağı istisna edilmir.