Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və “Qarabağ” Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər diaspor təşkilatlarının yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr, xaricdəki həftəsonu Azərbaycan məktəblərinin “Azərbaycan dili” dərsliyi ilə təmin olunması və sair barədə danışıb.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edilib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birləşməsində, koordinasiya olunmasında, ümumiyyətlə, fəallığının artırılmasında rolu, Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və üzvləri bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər. Müxtəlif ölkələrdə açılan Azərbaycan evlərinin və həftəsonu məktəblərinin, diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycan Alyansının təşkilatçılığı ilə keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindan danışılıb. Bu cür tədbirlərin dünya azərbaycanlılarının səsinin beynəlxalq təşkilatlara çatdırılması, diaspor təşkilatlarının birliyinin daha da artırılması, soydaşlarımızı ruhlandırılması baxımından önəmli olduğu vurğulanıb. Belə təşəbbüslərin intensivləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, Qarabağla bağlı məlumatların çatdırılması, tədbirlərin keçirilməsi baxımından beynəlxalq standartlara uyğun, dünya ictimaiyyətinin qəbul edəcəyi yeni formatlara üstünlük verilməsi kimi təkliflər irəli sürülüb.

Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Image
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Image
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Image
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Thumbnail
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Thumbnail
Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO) - Gallery Thumbnail

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi - ŞOK SƏBƏB

Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir. Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb. Bu barədə məlumatı ”Xəzər […]