Şahin İsmayılovun dairəsinin 4 məntəqəsinin nəticələri ləğv edildi

Oxunma vaxtı:37 Saniyə

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Unikal.org-un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 81 saylı Beyləqan seçki dairəsinin lider namizədi  Şahin İsmayılovdur.


loading…

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo biznes forumda iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və nazir Luici Di Mayo biznes forumda çıxış etdilər. loading…