2019-cu il ərzində Əqli Mülkiyyət Agentliyində mindən çox vətəndaş müraciətinə baxılıb

Oxunma vaxtı:40 Saniyə

2019-cu il ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatına və Agentliyin tabeliyində olan qurumlara ümumilikdə 1049 vətəndaş müraciəti (onlardan 165-i elektron formada) daxil olub.

Doğrusöztv.Az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin Agentlikdə hərəkəti daxili elektron sənəd dövriyyəsi sistemi ilə təşkil edilmiş, onların icrasına ciddi riayət olunub.

Agentliyə daxil olan müraciətlərin 782-si əsərlərin qeydiyyatı, 147-si sənaye mülkiyyəti, 38-i müəllif hüquqları, 38-i əqli mülkiyyət sahəsi üzrə sorğular, 4-ü qonorar və 40-ı digər mövzülar ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq ötən il ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 1110 vətəndaş qəbul edilib. Qəbul edilmiş vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi üçün Agentliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülüb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Əli Əsədov Komissiyanın bu səlahiyyətini ləğv etdi - QƏRAR

Nazirlər Kabineti özünün “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabineti qərara alıb ki, yuxarıda adıçəkilən Əsasnamənin 3-cü hissəsinin ikinci abzası ləğv edilsin. Bundan əvvəlki qərarla (1999-cu il 11 avqust tarixli) Əsasnamənin 3-cü hissəsinin ikinci abzasında yazılırdı ki, Komissiya […]