Zakir Qaralov islahatları davam etdirir: Yeni təyinatlar var

Oxunma vaxtı:29 Saniyə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat alıblar.

Baş Prokurorluğun veb saytının müvafiq bölməsində yeni təyinatlardan sonra məlumatlar yenilənib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya yeni təyinatları təsdiqləyiblər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR – VAXT MÜƏYYƏNLƏŞDİ

Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli qərarı ilə təsdiqlənmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edilib. Fins.az məlumatına görə, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb. Qərarla sənədin 2.5.1-ci bəndində dəyişiklik olunub. Həmin bənd bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduğu məqamlarla bağlıdır. Əgər bələdiyyə aktı Konstitusiyaya […]