Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Oxunma vaxtı:55 Saniyə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.
Plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, onların mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında, həmçinin ümumtəhsil məktəblərində faciənin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunacaq.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində, Hərb Tarixi Muzeyində kitab, foto və rəsm sərgilərinin, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərinin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrində və hərbi hissələrdə “XX əsrin faciəsi – Xocalı Soyqırımı” adlı tədbirlərin keçirilməsi, faciəyə həsr olunan ədəbi-bədii kompozisiyaların təqdim edilməsi, bədii və sənədi filmlərin nümayişi, “dəyirmi masa” və tematik gecələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Zakir Qaralov islahatları davam etdirir: Yeni təyinatlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub. Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin […]