1992-ci il fevral 25-26-a keçən gecə Ermənistan silahlı
qüvvələri tərəfindən Rusiyanın 366-cı Motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal edərək, etnik
Azərbaycınlalara qarşı baş vermiş Soyqırımdır.Bu tarix
bizim qan yaddaşımızdır.Bu tarix bizim həyatımızın qanla
yazılmış, unudulmayan, qorxunc faciələrlə dolu bir
dastandır.Həmin gün nələr olmadı İlahi! Nələr baş
vermədi!… O dəhçətli gecənin adını çəkəndə belə
hamımızın bədənindən bir göynərti
qopur.Damarlarımızdan qan əvəzinə qəzəb hayqırır.Bu
bircə gün bütün Azərbaycan xalqı üçün elə bir dəhşət
oldu ki, hələ tarix belə bir dəhşət görməmişdir. 26 Fevral
gecəsi! Xocalı soyqırımı! Xalqın faciəsi, ən ağır dərdi, ən
böyük kədəri, sağalmaz yarası!
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın,
70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib,
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,
130 uşaq valideynlərindən birini itirib.Düşmən
gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.1275
nəfər əsir götürülüb.Girov götürülənlərdən 150 nəfərinin
o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək
məlum deyil.
O müdhiş gecədə gözəl abad şəhərimiz olan Xocalının
dərrdən beli əyilmişdir, dizləri qatlanmışdır, ürəyinə dağ
çəkilmişdir.Şəhər mənfur ermənilərin taqpdağına
çevrilmiş, tamamilə talan edilmişdir! O soyuq qış
gecəsində cəlladlar hər alçaq hərəkətə əl atır, bütün bəd
niyyətlərini həyata keçirir, tutduqları ağlasığmaz çirkin
işlərdən həzz alırdılar.Ana öz körpəsinin harayına çata
bilmirdi, o gecə! Ananın başını balanın gözü qarşısında
kəsib, balanı öz anasına işgəncə verməyə məcbur
edirdilər.Günahsız qurbanların qanı axıdılır, küçələr qanla
yuyulurdu.Gördüyü dəhşətlərdən Xocalı meşəsi də başını
yerə dikmişdir, heç kəsi haraya çağıra bilmirdi.Çağırsa da
gələn olmadı.
Xocalı faciəsi bütün xalqın faciəsi, bütün Azərbaycanın
faciəsidir.Bu faciə bizim sağalmaz yaramız, unudulmaz
dərdimizdir.Nə yaxşı ki, xalqımız igid oğulları, qeyrətli
qızları varmış! Nə yaxşı ki, xalqımız igid oğulları, qeyrətli
qızları varmış! Bu faciəni lentə köçürə bilmiş, xalqa,
dünyaya olduğu kimi göstərməyə qadir olmuşdur.Dəstə-
dəstə əsir getmiş Xocalı qız-gəlinləri, ayaqlar altda
tapdalanmış Xocalı ağsaqqalları, ağla sığmaz dərəcədə
təhqir olunmuş nurani ağbirçəklərimiz ürəklərimizdə
əlacsız dərlərimizdir.
İllər, əsrlər ötəcək, zaman öz axını ilə irəliləyəcək, Xocalı
dərdimiz unudulmayacaqdır.Mənim Vətənim Koroğlular,
Babəklər yurdudue.Mənim elim, obam dərdə dözəndir,
çətinliklərə sinə gəlməyi bacarandır.Başını dik tut, mənim
yaralı Xocalım! Ağır dərd yükü altında büdrəmə! Məğrur
olun, Xocalılarım! Düşmən qabağında əyilməyin!.
Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin
diqqət və qayğısı sayəsində günü-gündən güclənən
ordumuzun səyi nəticəsində, işğal altında qalmış
torpaqlarımızın 20 faizi , o cümlədən Xocalının işğaldan
azad olunacağı günə az qalıb, öz dədə-baba yurdlarından
didərgin düşmüş soydaşlarımız İnşallah bir gün öz doğma
yurdlarına, əsarətdə inildəyən ocaqlarına geri
dönəcəklər!…
Hörmətlə: Mingəçevirdən Nadirov Elnur