Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə sivil dialoqa hazır deyildi – Azər Xudiyev

Oxunma vaxtı:48 Saniyə

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın “lb.ua” informasiya portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə dair yazısı dərc edilib.

Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir məqalədə Prezident İlham Əliyevin diplomatik qələbəsindən yazır. “Bu, sadəcə iki siyasətçinin müzakirəsi deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda, bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi”, – deyə məqalədə vurğulanır.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.
Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək, fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi. Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur

Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib. Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsində pilot layihələr çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” və “Masdar” şirkətləri qeyd olunan məbləği yerləşdirir. Həmin layihələrin reallaşdırılması iki ilə yaxın davam […]