Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur

Oxunma vaxtı:36 Saniyə

Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsində pilot layihələr çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” və “Masdar” şirkətləri qeyd olunan məbləği yerləşdirir. Həmin layihələrin reallaşdırılması iki ilə yaxın davam edəcək və mərhələli şəkildə istismara veriləcək.

Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə birgə 240 meqavatt gücündə külək stansiyalarının tikintisi ilə bağlı, “Masdar” şirkəti ilə birgə isə 220 meqavatt gücündə günəş stansiyalarının tikintisi layihələri icra olunacaq.

E.Soltanov qeyd edib ki, həmin istehsal güclərinin işə düşməsindən sonra ildə 300 milyon kubmetrədək qaza qənaət imkanı yaranacaq ki, bu da Azərbaycan əhalisinin qaza olan tələbatının 10 faizini təşkil edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)

Fevralın 13-də Barattson və Barattson Media yeni bir tədbirlə ictimaiyyət qarşısına çıxdı. Bu dəfəki tədbirin məqsədi Barattsonda Təhsil səfiri layihəsi üzrə ikinci təhsil səfirinin təqdim olunması idi. Tədbirdə Barattson MMC-nin direktoru Zeynal Zeynalov, Marketinq direktoru Ceyhun Abdulla, ilk Təhsil üzrə səfir Səfa Mehdi və yeni səfir, tanınmış jurnalist, blogger Ramin Musayev çıxış […]