Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarılıb – RƏSMİ

Oxunma vaxtı:36 Saniyə

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərinə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilib. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 24 nəfər barəsində intizam tənbehi tədbirləri görülüb.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılovun sözlərinə görə, Prezident Administrasiyasına daxil olmuş müraciətlərdə vətəndaşlara münasibətdə süründürməçiliyə yol verən doqquz vəzifəli şəxs işindən kənarlaşdırılıb:

“Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində görülən intizam tənbehi tədbirləri ilə yanaşı, o cümlədən, Daxili İşlər, Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və başqa təşkilatlarda doqquz nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın bu bölgəsində yoluxucu xəstəlik yayıldı - HƏYƏCAN!

Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub. Abad kənd icra nümayəndəsi Lətif Müstafayev APA-nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən […]