Azərbaycanda yaxın zamanlarda Qızıl Emalçıları Assosiasiyası yaradılacaq.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda “Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.
O bildirib ki, bununla bağlı Agentlik Ədliyyə Nazirliyinə müraciət edib və nəticədə assosiasiya iki həftə ərzində qeydiyyata alınacaq
O.Məmmədov əlavə edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən qızıl emalı sahəsində fəaliyyət göstərəcək işçi qrupunun yaradılması barədə qərar qəbul edilib:
“Bu qrupun tərkibində Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “AzerGold” QSC-nin, eləcə də yeni assosiasiyanın nümayəndələri təmsil olunur”.