Azərbaycan ATƏT PA-nın qış sessiyasında təmsil olunacaq

Oxunma vaxtı:26 Saniyə

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, sessiya çərçivəsində ATƏT PA sədrinin, Baş katibinin hesabatları dinləniləcək, komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident dünya ictimaiyyətinin gözü önündə Paşinyanı aciz duruma saldı - Politoloq

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaq, eyni zamanda Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, belə geniş auditoriyalardan biri də Münxen Təhlükəsizlik Konfransı idi: “Konfrans çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ […]