Oxunma vaxtı:18 Saniyə
ReAl Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb.
Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, bu barədə partiya üzvləri məlumat yayıblar.
Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.