Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlanıb

Oxunma vaxtı:33 Saniyə

Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş altı Azərbaycan vətəndaşından ikisində yüksək temperatur aşkarlanıb.

Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Hazırda onlar klinikadadırlar və həkim tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan altı Azərbaycan vətəndaşı da təxliyə edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlqar Məmmədov saxlanıldı

ReAl Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb. Doğrusöztv.Az Unikal.org -a istinadən  xəbər verir ki, bu barədə partiya üzvləri məlumat yayıblar. Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır. Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) […]